RUSİYA

Putin Vətən qəhrəmanları ilə görüşəcək, Əsəd qrafikdə yoxdur - Peskov açıqladı

Peskov bildirib ki, Rusiya prezidenti Kremldə Vətən Qəhrəmanı Günü şərəfinə keçirilən rəsmi tədbirlərdən sonra rusiyalı qəhrəmanlarla qeyri-rəsmi söhbət edəcək.
Sputnik
BAKI, 9 dekabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin dekabrın 9-da KTMT parlamentlərinin rəhbərləri ilə görüşəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
"Bu gün Moskvada KTMT-yə üzv ölkələrin parlament assambleyası keçirilib. KTMT ölkələrinin parlament rəhbərləri prezidentlə görüşəcək", - Peskov bildirib.
Bundan əlavə, o qeyd edib ki, prezidentin bir sıra ictimai olmayan görüşləri də olacaq.
Peskov bildirib ki, Rusiya prezidenti Kremldə Vətən Qəhrəmanı Günü şərəfinə keçirilən rəsmi tədbirlərdən sonra rusiyalı qəhrəmanlarla qeyri-rəsmi söhbət edəcək.
"Bu gün Vətən Qəhrəmanları Günüdür. Bu münasibətlə prezident Böyük Kreml sarayında, Georgi zalında təntənəli tədbir keçirəcək", - Peskov bildirib.
O qeyd edib ki, tədbir zamanı Putin Vətən Qəhrəmanları qarşısında çıxış edəcək, həmçinin dövlət mükafatlarını təqdim edəcək.
"Ənənəvi olaraq belə mərasimlərdən sonra prezidenlə qonaqlar arasında qeyri-rəsmi ünsiyyət olur", - prezidentin mətbuat katibi əlavə edib.
Peskovun sözlərinə görə, tədbir Moskva vaxtı ilə saat 13.00-dan sonra başlayacaq.
Rusiya liderinin mətbuat katibi onu da deyib ki, Suriya prezidenti Bəşər Əsədlə görüş Rusiya prezidenti Vladimir Putinin rəsmi proqramına daxil deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.