BAKI, 9 dekabr — Sputnik. Rusiya və Belarusun ittifaqı iddialı və qabaqcıldır, tərəflər bununla kifayətlənmək niyyətində deyillər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Nazir hesab edir ki, Sovet İttifaqı dağılandan sonra Rusiya və Belarus bir-birindən uzaqlaşmamaq, əksinə, öz müqəddəratlarını suveren bərabərlik, könüllü və vicdanla yerinə yetirmək kimi yeni prinsiplər əsasında birləşdirmək qərarına gəliblər.
Rusiya xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, ölkələr ümumi sosial-iqtisadi, humanitar, müdafiə, miqrasiya və informasiya məkanı formalaşdırır.
"Beynəlxalq aləmdə və təhlükəsizlik sahəsində sıx qarşılıqlı fəaliyyət və müttəfiqlik əsasında qurulmuş, Birlik dövlətinin bütün ərazisində sərbəst hərəkət etmək, yaşayış yeri seçmək, məşğulluq, təhsil, tibbi xidmət sahəsində bərabər hüquqlar təmin edilmişdir ", - Lavrov bildirib.
Nazir vurğulayıb ki, Moskva və Minsk bununla kifayətlənmək fikrində deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.