BAKI, 9 dekabr — Sputnik. Çin Xalq Respublikası (ÇXR) inkişaf imkanlarını dünya ilə bölüşməyə həmişə hazırdır və açıqlığı təşviq etməyə davam edəcək. Bunu ÇXR Dövlət Şurasının Baş naziri Li Tsyan bildirib.
Pekində Li Tsyan 10 beynəlxalq iqtisadi təşkilatın rəhbərləri ilə "1+10" formatında görüş keçirib və bu görüşdə iqtisadi inkişaf məsələləri müzakirə olunub.
Li Tsyanın fikrincə, bu gün Çin iqtisadiyyatı davamlı inkişaf üçün əlavə imkanlara malikdir, yeni tələb və artım elementlərini meydana çıxarmağa davam edəcək.
"Çin iqtisadiyyatı müsbət yayılma effektləri yaradır və inkişaf imkanlarını dünya ilə bölüşməyə həmişə hazırdır", - Tsyan bildirib.
Li Tsyan həmçinin vurğulayıb ki, Çin xarici dünyaya yüksək standartlı açılışı genişləndirməyə sadiqdir, daha çox könüllü və birtərəfli açılış tədbirləri görəcək, yüksək səviyyəli azad ticarət zonalarının qlobal yönümlü şəbəkəsini genişləndirəcək və onun yaradılmasını təşviq etməyə davam edəcək.
İclasda 10 beynəlxalq iqtisadi təşkilatın rəhbərləri, o cümlədən BRİKS-in Yeni İnkişaf Bankının rəhbəri Dilma Russeff, Dünya Bankının prezidenti Adcay Banqa, Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristalina Georgiyeva, Dünya Bankının rəhbəri iştirak ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.