BAKI, 9 dekabr — Sputnik. Bu gündən Bakı-Sumqayıt istiqamətində 594 nömrəli yeni ekspres avtobus marşrutu istifadəyə verilib. AYNA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, marşrut üzrə müasir və komfortlu avtobuslar fəaliyyət göstərir.
Qeyd edək ki, Sumqayıt Avtovağzalından yola düşən avtobusların son dayanacaq məntəqəsi "20 Yanvar" metrostansiyası (ADSEA-nin inzibati binasının yaxınlığında) müəyyən edilib. Əks istiqamətə isə avtobuslar "20 Yanvar" metrostansiyasının digər çıxışında (Sumqayıt istiqamətinə olan çıxışın yaxınlığında) dayanır.
Gediş haqqı 80 qəpik müəyyən olunub. Həmçinin Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Sumqayıta 595 nömrəli ekspres avtobuslar da fəaliyyət göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.