CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda məktəbdə market açılıb? Rəsmi cavab - FOTO

Məktəb bağlanmır sadəcə məktəb binası texniki cəhətdən istismar üçün yararsız olduğundan kollektiv Cəhri Qəsəbə 1 nömrəli tam orta məktəbə köçürülüb.
Sputnik
BAKI, 9 dekabr — Sputnik. Sosial şəbəkələrdə Babək rayonunun Cəhri Qəsəbə 2 nömrəli tam orta məktəbdə marketin açılması ilə bağlı görüntülər yayılıb. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, bu barədə sosial mediyada yayılan məlumatlar əsasızdır.

"Məktəb bağlanmır sadəcə məktəb binası texniki cəhətdən istismar üçün yararsız olduğundan kollektiv Cəhri Qəsəbə 1 nömrəli tam orta məktəbə köçürülüb. Məktəb binasında yaranmış çatlar və bəzi sinif otaqlarının tavanında suvaq qatının uçması səbəbindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi "Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutuna müraciət olunub. "Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutunun Naxçıvan şəhər filalının mütəxəssisləri tərəfindən məktəb binasına texniki baxş keçirilib. Mütəxəssislərin rəyinə əsasən məktəb binasının texniki cəhətdən istismar üçün yararsız olduğu, həmçinin məktəb binasının konstruksiya elementlərinin bərpa-gücləndirilməsi və əsaslı təmiri həm iqtisadi həmdə texniki cəhətdən səmərəsiz hesab olunub. Layihə İnstitutunun rəyi əsasında məktəbdə təhsilalanların və təhsilverənlərin, eləcədə pedaqoji prosesin digər iştirakçılarının təhlükəsizliyinin, həyat və sağlamlığının təmini məqsədilə tədris prosesi dayandırılmadan məktəbin kollektivi 2024-cü il 02 dekabr tarixindən Cəhri Qəsəbə 1 nömrəli tam orta məktəbə köçürülüb", - deyə cavabda bildirilib.

Nazirlikdən qeyd edilib ki, növbəti illlərdə məktəb binası üçün layihələndirmə işlərinin aparılması və yeni binanın tikintisinə başlanılması nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.