BAKI, 6 dekabr — Sputnik. ABŞ seçkilərində qalib gələn Donald Tramp Kiyev nümayəndə heyəti ilə danışıqlar zamanı Ukraynanın NATO-ya dəvət edilməsi ideyasına o qədər də maraq göstərməyib. Bu barədə Wall Street Journal yazır.
Daha əvvəl Reuters agentliyi Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermakın başçılıq etdiyi Ukrayna nümayəndə heyətinin ABŞ-da Trampın gələcək milli təhlükəsizlik müşaviri Uolts və ABŞ-ın Ukrayna üzrə gələcək xüsusi nümayəndəsi Keyt Kelloqla görüşdüyünü bildirmişdi.
Qəzetin yazdığına görə, Kelloq ABŞ prezidenti Co Bayden administrasiyasının Kiyevə silah təhvilini sürətləndirmək cəhdlərini dəstəklədiyini bildirib. Qeyd edib ki, bu yardım sayəsində Ukrayna ilə bağlı danışıqlar başlayarsa, Tramp Rusiya üzərində təsir rıçaqları əldə edəcək.
"Ancaq Tramp komandası Ukraynanın NATO-ya üzvlüyünü təklif etmək fikrinə o qədər də isti yanaşmayıb", - nəşr yazır.
Rusiya hesab edir ki, Ukraynaya silah tədarükü nizamlanmaya mane olur, NATO ölkələrini birbaşa münaqişəyə cəlb edir və odla oynayırlar. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Onun sözlərinə görə, ABŞ və NATO münaqişədə bilavasitə iştirak edir, o cümlədən təkcə silah tədarükü ilə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanması ilə məşğuldur. Kreml bəyan edib ki, Ukraynanı Qərbdən silahlarla təmin etmək danışıqlara kömək etmir və mənfi təsir göstərəcək.
Kreml daha əvvəl bəyan etmişdi ki, Ukraynanın NATO-ya tam üzv olması Rusiya üçün qəbuledilməzdir və təhdidedici addımdır.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, Ukraynada xüsusi əməliyyatın başlamasının səbəblərindən biri məhz Kiyevin alyansa yönəlməsi olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.