BAKI, 6 dekabr — Sputnik. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasında iştirak etməj üçün Minskə gəlib. Bu barədə RİA Novosti Rusiya Təhlükəsizlik Şurasına istinadən məlumat yayıb.
Şoyqu İttifaq dövlətinin təhlükəsizlik konsepsiyası məsələsi ilə bağlı iştirakçılara məlumat verəcək.
"Tədbirin gündəliyinə uyğun olaraq, Sergey Şoyqu "İttifaq dövlətinin təhlükəsizlik konsepsiyası haqqında" məsələ ilə bağlı iclas iştirakçılarına məlumat verəcək. Konsepsiya İttifaq dövlətinin təhlükəsizliyini təmin etmək üçün Qərbdən gələn təhdidlərin əhəmiyyətli dərəcədə genişlənməsi kontekstində çətin beynəlxalq vəziyyətin diktə etdiyi tələblərə uyğun olaraq hazırlanıb", - Rusiya Təhlükəsizlik Şurasının yaydığı məlumatda deyilir.
İttifaq dövləti Rusiya və Belarus tərəfindən yaradılıb. 1996-cı ildə "Belarus və Rusiya Cəmiyyəti" olaraq qurulub, 1997-ci ildə imzalanan "Belarus və Rusiya arasındaki birlik müqaviləsi" ilə təşkilatın təməli möhkəmləndirilib və bu əsnada adı "Belarus və Rusiya ittifaqı" olaraq dəyişdirilib.
25 dekabr 1998-ci ildə siyasi, iqtisadi və sosial inteqrasiyanı təmin etmək məqsədi ilə bir sıra əlavə sazişlər imzalanıb. 8 dekabr 1999-cu ildə isə Rusiya və Belarus arasında "İttifaq dövləti"nin yaradılması haqqında müqavilə imzalanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.