“Əlbəttə ki, Oreşnik kimi yeni sistemlərin dünyada analoqu yoxdur. Qrup şəklində istifadə vəziyyətində bunlar nüvə silahının istifadəsi ilə müqayisə oluna bilər, lakin kütləvi qırğın silahı deyil”, - Putin Minskdə Birlik Dövlətinin Ali Dövlət Şurasının iclasından sonra bildirib.
“Rusiya bu yaxınlarda uğurla “Oreşnik”i sınaqdan çıxarıb, bu, bizim keçmiş tərəfdaşlarımıza, indi isə rəqiblərimizə müəyyən təsir göstərdi. Bunu həyasızlıq kimi qəbul etməyin, amma mən sizdən açıq şəkildə xahiş etmək istəyirəm ki, Belarus ərazisində yeni silah sistemləri, ilk növbədə Oreşnik yerləşdirilsin”, - Lukaşenko Minskdə İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasının yekunlarına dair bildirib.
“Bu gün biz bütün mövcud güc və vasitələrdən istifadə etməklə təhlükəsizlik zəmanətləri haqqında saziş imzaladığımız üçün Belarus Respublikası ərazisində “Oreşnik” kimi komplekslərin yerləşdirilməsini mümkün hesab edirəm. İkincisi: məncə, bu, gələn ilin ikinci yarısında Rusiyada bu komplekslərin kütləvi istehsalı artdıqca və bu raket sistemləri Rusiyanın strateji qüvvələrinin xidmətinə girdikcə mümkün olacaq”, - Putin bildirib.