CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava ilə bağlı xəbərdarlıq edildi

Həftəsonu küləyin sürəti saniyədə 28 metrə çatacaq.
Sputnik
BAKI, 6 dekabr — Sputnik. Milli Hidrometeorologiya Xidməti dekabrın 7-si axşam və 8-i bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Bildirilib ki, Xaçmaz, Xızı, Quba, Qusar, Qobustan, Salyan, Neftçala rayonlarında sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Şabran və Siyəzən rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-şərq küləyinin əsəcəyi, küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.