BAKI, 6 dekabr — Sputnik. Ermənistanın KTMT-yə üzvlük üzrə borcu ola bilər və onu iki il ödəməyə bilər, indi 2024-cü il üçün borc var. Bunu XVII Verona Avrasiya İqtisadi Forumu çərçivəsində Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Aleksandr Pankin RİA Novosti-yə bildirib.
2024-cü ilin fevralında Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-də iştirakını dondurduğunu elan edib. Ermənistan təşkilatın büdcəsinə üzlük haqınıi verməyi, təşkilatın tədbirlərinə və təlimlərinə nümayəndələrini göndərməyi dayandırıb.
Paşinyan həmçinin bəyan edib ki, Ermənistanın KTMT-yə qayıtması getdikcə çətinləşir, hətta qeyri-mümkündür. Onun sözlərinə görə, geri dönüş olmayan nöqtə keçilib.
Noyabrın 28-də Qazaxıstanda KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası keçirilib, Ermənistan bu tədbirdə iştirak etməyib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova daha əvvəl bəyan edib ki, Ermənistan hələ də təşkilatın tamhüquqlu üzvü olaraq qalır və bütün hüquq və öhdəliklərini özündə saxlayır.
"Ermənistan bu borcu iki il ödəməyə bilər, bundan sonra müvafiq qərarlar veriləcək", - Pankin ölkənin hazırda 2024-cü il üçün borcunun olduğunu qeyd edib.
Diplomat əlavə edib ki, əslində Ermənistanın borcu fövqəltəbii bir şey deyil.
"KTMT-nin istənilən üzvündə borc yığıla bilər", - Pankin fikirlərini.
KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir. 2024-cü il yanvarın 1-dən Qazaxıstan KTMT-yə sədrlik edir, 2025-ci ildə sədrlik Qırğızıstana keçəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.