CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda utilizasiyaya qəbul olunmuş avtomobillərin sayı açıqlanıb

Gələcəkdə ölkənin regionlarında utilizasiya ilə bağlı toplama məntəqələri qurula bilər.
Sputnik
BAKI, 6 dekabr — Sputnik. Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyasına başlanılmış bu ilin noyabr ayından bu günə qədər 11 avtomobil utilizasiyaya qəbul edilib və buna görə 11 550 manat ödəniş edilib.
Sputnik Azərbaycan-ın "Report"a istinadən məlumatına görə, bunu "Təmiz Şəhər"ASC-nin şöbə müdiri Mirzə Laçınov bildirib.
Onun sözlərinə görə, ümumilikdə isə indiyə qədər 40-yaxın avtomobil utilizasiyaya təqdim edilib.

"Gələcəkdə ölkənin regionlarında utilizasiya ilə bağlı toplama məntəqələri qurula bilər. Bu, müraciətlər əsasında reallaşa bilər. Utilizatorlar müstəqil sahibkarlardır", - deyə "Təmiz Şəhər" rəsmisi əlavə edib.

Məlumat üçün bildirək ki, statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir. Bunu nəzərə alaraq "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"na əsasən Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanmış, həmçinin, proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.