"İndiki halda Qərb siyasi dairələri, məhz Bayden administrasiyası sülh prosesinə töhfə verəcək hansısa bir addım atmayıb, əksinə buna mane ola biləcək siyasi kursu həyata keçirib. Bu, ABŞ konqresinin, dövlət departamentinin timsalında özünü bariz şəkildə göstərib. Bir çox hallarda koordinasiya olunmuş şəkildə Azərbaycana təzyiqləri görmüşük. Onların nəzarətində olan beynəlxalq qeyri-hökumət təşkilatları da bu siyasətin elementlərinə çevrilib. Bu ikili standartlar vasitəçi olmaq istəyənlərin səmimi olmadığını təsdiqləyir. Bütün bu reallıqlar ABŞ-ın prosesdə səmərəsizliyini önə çıxardır".
"Azərbaycan tərəfi Ermənistana təkliflərinə cavab verib və onun nəzərə alınmasını istəyir. Blinkenin, ABŞ-ın istəyi ilə regiona sülh gələ bilməz. ABŞ Minsk Qrupunun həmsədr ölkəsi olduğu dövrdə real nəticə ortaya qoymayıb. Azərbaycanın görüş təklifini geri çevirməsi məhz bundan qaynaqlanır", - politoloq fikirlərini yekunlaşdırıb.