RUSİYA

Putin Belarusla təhlükəsizlik zəmanətləri haqqında saziş imzalamağı tapşırıb

Qeyd olunur ki, XİN-in layihəyə prinsipial xarakter daşımayan dəyişiklikləri müstəqil şəkildə həyata keçirməsinə icazə verilir.
Sputnik
BAKI, 5 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Belarusla İttifaq dövləti çərçivəsində təhlükəsizlik zəmanətləri haqqında saziş imzalamağı tapşırıb.
Bu barədə "RİA Novosti" xəbər verib.
"Rusiya Xarici İşlər Nazirliyinin Rusiya Federasiyası ilə Belarus Respublikası arasında İttifaq dövləti çərçivəsində təhlükəsizlik zəmanətləri haqqında Sazişin imzalanması barədə təklifi qəbul edilsin", Prezidentin sərəncamında deyilir.
Qeyd olunur ki, Xarici İşlər Nazirliyinə layihəyə prinsipial xarakter daşımayan dəyişiklik etməyə icazə verilir.
Bu yaxınlarda məlum olub ki, Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko İttifaqın Ali Dövlət Şurasının iclasında müdafiəni müzakirə edəcəklər. Bildirilir ki, Rusiya və Belarus liderləri ittifaq müqaviləsinin 25 illiyi ilə bağlı dekabrın 6-da Minskdə Birlik Dövləti Şurasının iclasında iştirak edəcəklər.