CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 4 dekabr – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 4 dekabr — Sputnik. Dekabrın 4-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Dekabrın 4-də kimlər anadan olub?
İsrafil Hüseynov (1931-1986) - Azərbaycan neftçisidir. Onun briqadası açıq dənizdə işləyib, 1531 saylı neft yatağını kəşf edib və 69 gündə neft hasil edib ki, bu da Avropa rekordu olub. İsrafilovun briqadasının hesabında bir sıra ixtiralar var. Hazırda Xəzər dənizindəki ən böyük borudüzən gəmi məşhur neftçinin adını daşıyır.
Ceffri Brices (1949) - ABŞ kinoaktyoru və prodüseridir. O, "Dəli ürək" filmindəki ən yaxşı kişi roluna görə "Oskar" və "Qızıl qlobus" mükafatlarına layiq görülüb.
Ceffri Brices
Vladimir Alekno (1966) - rusiyalı voleybolçu və məşqçidir. Onun rəhbərliyi altında Rusiya komandası 2012-ci il Olimpiya Oyunlarının çempionu olub.
Vladimir Alekno
Cey-Z (1969) - məşhur amerikalı reper və musiqi prodüseridir. O, "Roc-A-Fella Records" musiqi şirkətinin təsisçisi və sahibidir.
Cey-Z
Tayra Benks (1973) - amerikalı supermodel, aktrisa, müğənni, prodüser və televiziya aparıcısıdır.
Tayra Benks
Nik Vuyçiç (1982) - avstraliyalı yazıçı, mesenat və motivasiyalı natiqdir. O, dörd əzanın olmaması ilə xarakterizə olunan çox nadir anadangəlmə irsi xəstəlik olan tetra-amelia sindromu ilə anadan olub.
Nik Vuyçiç
4 dekabr tarixində dünyada baş verən tarixi hadisələr
1674-cü ildə fransız yezuitləri Çikaqonun əsasını qoyublar.
1912-ci ildə Bolqarıstan, Yunanıstan, Serbiya və Monteneqro Türkiyə ilə atəşkəs imzalayıb və nəticədə iki ay davam edən Birinci Balkan müharibəsinə son qoyulub.
1954-cü ildə BMT Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) yaradılması barədə qərar qəbul edib. Təşkilatın nizamnaməsi 1956-cı il oktyabrın 26-da Nyu-Yorkda keçirilən təsis konfransında təsdiq edilib və 1957-ci il iyulun 29-da qüvvəyə minib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.