BAKI, 4 dekabr — Sputnik. Minsk və Moskva ən son texnologiyalara əsaslanan silahların meydana çıxması fonunda nüvə silahlarının istifadəsinə dair yanaşmanı yenidən nəzərdən keçiriblər, deyə Belarus XİN rəhbərinin müavini İqor Nazaruk bildirib.
Daha əvvəl verdiyi müsahibədə o bikdirib ki, dekabrın 6-da Minskdə Belarus və Rusiya İttifaq dövlətinin ali dövlət şurasının iclasında İD təhlükəsizliyi konsepsiyası və təhlükəsizlik zəmanətləri haqqında Rusiya-Belarus müqaviləsi layihələrinin nəzərdən keçirilməsi planlaşdırılır.
"Belarus ərazisində (Rusiyanın) taktiki nüvə silahının yerləşdirilməsi haqqında qərar təsdiqini tapmış faktdır. Odur ki, yeni sənəddə bu fakt sadəcə hüquqi cəhəddən öz təstiqini tapacaq. Dövlətlərimizin qarşılıqlı təhlükəsizliyi daha da möhkəmlənir. Nüvə silahlarının istifadəsinə yanaşmalar korrektə edilib", - deyə Nazaruk bildirib.
Nazir müavini qeyd edib ki, tərəflər silahlanma sahəsində yeni texnologiyaların istifadəsini, yeni fiziki prinsiplərə əsaslanan silahlardan istifadəni müşahidə edirlər. Onun fikrincə, bu hallar düzəlişə təsir etməyə bilməzdi.
Rusiya xarici işlər naziri Sergey Lavrov daha əvvəl bildirmişdi ki, İttifaq dövlətinin təhlükəsizlik konsepsiyası və təhlükəsizlik zəmanətləri haqqında dövlətlərarası müqaviləsinin İttifaq dövlətinin Ali Dövlət şurasında imzalanacağı gözlənilir. Bundan əvvəl, oktyabr ayının sonunda onun belaruslu həmkarı Maksim Ryzhenkov bildirib ki, dekabr ayının əvvəlində Belarus və Rusiya İttifaq dövlətinin Ali Dövlət şurasının iclasında baxılması planlaşdırılan əsas sənədlərin təhlükəsizliklə əlaqəli olacaq. Sənədlərdə o cümlədən nüvə silahının iki dövlətin suverenliyinə və bütövlüyünə zəmanət olaraq istifadə edilə biləcəyi faktı öz əksini tapıb.