CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhkəmədə Ağadadaş Ağayevə yekun ittiham elan olundu

Hakim hər iki tərəfi nəzakətli olmağa dəvət edərək məhkəmə qanunlarına riayət etməyə çağırıb.
Sputnik
BAKI, 4 dekabr — Sputnik. Azərbaycanın Xalq artisti Ağadadaş Ağayevin məhkəməsində insident yaşanıb.
Sputnik Azərbaycan Oxu.Az-a istinadən xəbər verir ki, məhkəmədə qarşı tərəfin vəkillərinin sualları xalq artistinin əsəbiləşməsi ilə nəticələnib. Buna görə də zərərçəkəninin müdafiəçisi məhkəmə sədrinə bu barədə şifahi şikayət edərək xalq artistini onun hüquqlarını pozmaqda ittiham edib. Hakim hər iki tərəfi nəzakətli olmağa dəvət edərək məhkəmə qanunlarına riayət etməyə çağırıb.
Zərərçəkənin vəkili Gülşən Salmanova vəsatət qaldıraraq Ağadadaş Ağayevin ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğundan, onun məhkəmədə elan edilməsi istənilib. Vəsatət qəbul olunaraq ifadə elan edilib.
Məhkəmənin növbəti iclası dekabrın 17-nə təyin edilib.
Qeyd edək ki, müğənni ilə mühafizəçinin hər ikisinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq - silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib. Onlar bu maddə ilə təqsirli bilindikləri halda 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilərlər. Onu da bildirək ki, zərərçəkən kimi hospitalın əməkdaşı Nəzakət Paşayeva tanınıb.
CƏMİYYƏT
Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb olunub