TƏHSİL

Kolleclərdə nöqsanlar aşkarlandı, rəhbərliyə şiddətli töhmət verildi

Rayon prokrurorluğunda Cinayət Məcəlləsinin qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
Sputnik
BAKI, 4 dekabr — Sputnik. Noyabrın 14-16-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, yoxlamalar zamanı təhsil müəssisələrində tədris prosesinin təşkili və idarəetmə ilə bağlı bir sıra nöqsanlar aşkarlanıb:
"Nəticədə kolleclərin rəhbər şəxslərinə şiddətli töhmət verilib və xəbərdarlıq edilib". Qeyd edilib ki, agentlik tərəfindən orta ixtisas təhsil müəssisələrində idarəetməni təkmilləşdirmək, şəffaflığı və təhsilin keyfiyyətini artırmaq məqsədilə keçirilən tədbirlər davam edəcək.
23.05.24, 16:00
Göyçayda kollecdə 88 min manatdan çox pul mənimsənilib
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində 88 min manatdan çox pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Göyçay Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı 2018-ci ilin yanvarın 1-dən 2023-cü ilin dekabrınadək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Kollecinin vəzifəli şəxsləri tərəfindən balansda olan nəqliyyat vasitələrinə heç bir təmir işləri aparılmadan ehtiyat hissələrinin və yanacağın əsassız olaraq məxaricə silinməsi, həmçinin yerinə yetirilməyən təmir və abadlıq işlərinin dəyərinin qəbul aktlarına daxil edilməsi və digər yollarla ümumilikdə 88 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə rayon prokrurorluğunda Cinayət Məcəlləsinin qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
11.03.24, 15:04
Kollec direktoru nöqsanlara görə işdən çıxarıldı
Göyçayda kollec direktoru nöqsanlara görə işdən azad edilib.
Sputnik Azərbaycan-a bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Göyçay Rayon Prokurorluğunun 12 dekabr 2023-cü il tarixli qərarına əsasən Maliyyə Nazirliyi və Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 29 yanvar 2024-cü il tarixindən etibarən Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində araşdırma aparılır.
Araşdırma zamanı sözügedən kollecdə tədris prosesinin təşkili ilə əlaqədar ciddi nöqsanlar aşkarlanıb. Nəticədə Kollecin tədris işləri üzrə direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Şahin Əliyev Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 11 mart 2024-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, 2023-cü ilin dekabr ayından etibarən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən orta ixtisas təhsili müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır. Monitorinqlər zamanı kolleclərdə tədris prosesində mövcud olan problemlər, yol verilən nöqsanlar araşdırılır və onların aradan qaldırılması istiqamətində Agentlik tərəfindən qəti tədbirlər həyata keçirilir.