SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə Azərbaycana yeni səfir təyin etdi

Yeni səfir bundan öncə Türkiyə Maarif Vəqfinin sədri olub.
Sputnik
BAKI, 3 dekabr — Sputnik. Türkiyə Azərbaycana yeni səfir təyin edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Anadolu" Agentliyi məlumat yayıb. Məlumata görə, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. O, bundan öncə Türkiyə Maarif Vəqfinin sədri olub.
Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfiri vəzifəsini Cahit Bağçı icra edir.
Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. Orta Doğu Texniki Universitetinin Sosiologiya fakültəsini bitirib. Doktorluq işini Böyük Britaniyanın Mançestr Universitetində müdafiə edib.
1988-ci ildə Dövlət Planlaşdırma Təşkilatının Sosial Planlaşdırma İdarəsində işləməyə başlayıb. Türkiyə Böyük Millət Məclisinə XXIII, XXIV və XXV çağırışlarda Çorumdan millət vəkili seçilib. Türkiyə-Avropa İttifaqı parlament komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.