BAKI, 3 dekabr— Sputnik. “Küçələrin təmizlənməsi sahəsi özəlləşdirilməlidir”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, küçələrdə təmizlik işləri ilə məşğul olanlar 450 manat maaş alır:
"Onlar hər dəfə mənimlə görüşəndə maaşlarının qaldırılmasını xahiş edirlər. Vəziyyəti dəyişmək üçün bu sahənin təcili özəlləşdirilməsini təklif edirəm".
"Bununla yanaşı, Milli Elmlər Akademiyasında elmlər doktoru 764 manat, fəlsəfə doktoru 647 manat, elmi işçi 445 manat, kiçik elmi işçi 415 manat maaş alırlar. Onların əməkhaqlarının artırılmasına ehtiyac var”, - deyə deputat əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.