SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov İƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak edəcək

XIN Ceyhun Bayramovun İran İslam Respublikasına işgüzar səfərinə dair məlumat yayıb.
Sputnik
BAKI, 3 dekabr - Sputnik. Dekabrın 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasının Məşhəd şəhərinə yola düşüb. Bu barədə XİN məlumat yayıb.
Bildirilir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.