BAKI, 2 dekabr — Sputnik. Dekabrın 2-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Dekabrın 2-də kimlər anadan olub?
Jorj-Pyer Söra (1859-1891) - Fransa rəssamı, neoimpressionizmin banisi, "puantilizm" adlanan orijinal rəsm üsulunun yaradıcısıdır.
Canni Versaçe (1946-1997) - italiyalı modelyer, ətir, kosmetika, aksesuar, geyim və məişət əşyaları istehsal edən beynəlxalq "Versace" moda evinin yaradıcısıdır. O, kino, teatr və opera tamaşaları üçün geyimlər yaradıb. Modelyer moda və musiqi dünyasını birləşdirən ilk modelyerlərdən biridir.
Canni Versaçe
© AP Photo
Lyusi Lyu (1968) - ABŞ səhnə və kino aktrisası, prodüser, rejissor və modeldir . O, "Çarlinin mələkləri" və "Çarlinin mələkləri: Yalnız irəli", "Billi öldürmək", "Çikaqo" və s. filmlərdə rol alıb.
Lyusi Lyu
© Charles Sykes / Invision / AP
Britni Spirs (1981) - amerikalı pop müğənni, rəqqasə, bəstəkar və aktrisadır. O "Qremmi" mükafatı laureatıdır. Onun "Baby One More Time" debüt albomu müğənnini beynəlxalq miqyasda məşhurlaşdırıb.
Britni Spirs
© AP Photo / Chiang Ying-ying
Afra Saraçoğlu (1997) – Türkiyə teatr və kino aktrisası, modelyerdir. O, "Yalı çapkını" serialındakı rolundan sonra məşhurlaşıb.
2 dekabr tarixində dünyada baş verən tarixi hadisələr
1804-cü ildə I Napoleon Bonapart özünü Fransa imperatoru elan edib.
1870-ci ildə Roma İtaliyanın paytaxtı elan edilib.
1942-ci ildə İtalya fiziki Enriko Fermi dünyada ilk dəfə idarə olunan zəncirvari nüvə reaksiyasını həyata keçirib.
1971-ci ildə "Mars-3" avtomatik planetlərarası stansiyası dünyada ilk dəfə qırmızı planetin səthinə yumşaq eniş edib.
2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev hər il sentyabrın 27-də qeyd olunan Anım Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.