RUSİYA

Rusiya yeni növ silah icad edib

Bezrukov qeyd edib ki, bu kompleks artıq döyüş sınaqlarından keçirilir.
Sputnik
BAKI, 2 dekabr — Sputnik. Rusiya mütəxəssisləri tərəfindən lazer yönləndirmə sistemi ilə kəşfiyyat-zərbə kompleksi yaradılıb və o, artıq döyüş sınaqlarından keçirilir.
Bu barədə Rusiya mediası Pilotsuz Sistemlər və Texnologiyalar Mərkəzinin rəhbəri Andrey Bezrukov məlumat verib.
"Hazırda biz üç ayrı hissədən ibarət olan kəşfiyyat-zərbə kompleksinin layihəsi döyüş sınaqlarından keçirilir: aşkarlama sistemi, lazer hədəfi təyinetmə sistemi və məhvetmə sistemi", Andrey Bezrukov bildirib.
Mərkəzinin rəhbərinin sözlərinə görə, əvvəlcə komponentlər bir-birindən asılı olmayaraq yaradılıb, indi isə onların vahid kompleksə inteqrasiyası barədə qərar qəbul edilib.
Noyabr ayında "Kalaşnikov"un prezidenti Alan Luşnikov bildirib ki, konsern yeni kamikadze pilotsuz təyyarəsini (dron) hazırlayıb və onu noyabrın sonunadək xüsusi hərbi əməliyyat (XHƏ) zonasında sınaqdan keçirməyi planlaşdırır.
Elə həmin ay Simbirsk Konstruktor Bürosu (SKB) "Piranya" pilotsuz uçuş aparatların operatorlarının təlimi üçün nəzərdə tutulmuş eyni adlı mini dronun yaradılmasını elan edib.