BAKI, 2 dekabr - Sputnik. Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Macarıstan xarici işlər naziri Peter Siyarto arasında görüş keçirilib.
Görüşdə Lavrov iki ölkə arasında münasibətlərin səviyyəsindən danışıb, iqtisadi sahədə, ticarət dövriyyəsində və investisiya əməkdaşlığında sabit, uzunmüddətli artımın olduğunu qeyd edib. Bildirib ki, bu, Rusiya və Macarıstan ölkələrinin və xalqlarının xeyrinədir.
"Liderlərimizin qəbul etdiyi razılaşmaların və qərarların səmərəliliyi onunla təsdiqlənir ki, biz dünya iqtisadiyyatında ciddi, süni yaradılmış çətinliklərə baxmayaraq, qarşılıqlı fəaliyyətimizin bütün flaqman layihələrini, o cümlədən, enerji sektorunda həyata keçirməyə hazırıq" - Lavrov deyib.

"Sentyabrda Budapeştdə keçirilən hökumətlərarası komissiyanın növbəti iclasının yekunlarına əsasən, macar dostlarımızın qaldırdıqları bütün məsələlərlə bağlı prezidentimiz Putin konkret tapşırıqlar verib. Bu gün ikitərəfli gündəliyə əlavə olaraq, Avropa, Avro-Atlantika məsələlərində və beynəlxalq səviyyədə qarşılıqlı fəaliyyətimizi müzakirə etmək üçün yaxşı fürsətdir. Biz tərəfdaşlığımızın bu sektorunu, həmçinin Macarıstanın Baş naziri Viktor Orban və onun hökumətinin ilk növbədə milli maraqlara əsaslanan müstəqil siyasətini yüksək qiymətləndiririk. Biz əminik ki, bu yanaşma dünya siyasətinin gələcəyidir" - Rusiya XİN başçısı vurğulayıb.
Lavrov Ukrayna münaqişəsinə də toxunub.
Lavrov Ukrayna münaqişəsinə də toxunub.
O bildirib ki, Rusiya Federasiyası Qərbdə səslənən "Ukraynaya “möhlət” vermək üçün atəşkəsə nail olmaq lazımdır" fikirlərindən narahatdır: "Bu, Ukraynada sülhə gedən yol deyil", - deyə Rusiya XİN başçısı əlavə edib.