BAKI, 2 dekabr — Sputnik. Moskva Suriyadakı vəziyyətlə bağlı Tehran və Ankara ilə əlaqə saxlayır. Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
"İndi bizim bütün əsas oyunçularla - İran və Türkiyə nümayəndələri ilə real vaxt rejimində sıx təmaslarımız var", Rudenko qeyd edib
Rudenko İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin Suriya üzrə üçtərəfli görüşünün keçirilməsinin mümkünlüyü barədə danışarkən belə bir görüşün istisna edilmədiyini bildirib.
"İstər Rusiyada, istərsə də başqa yerdə biz belə bir görüşə hazırıq", Rudenko əlavə edib.
Suriya Müdafiə Nazirliyi noyabrın 28-də hökumət ordusunun Hələb və İdlib əyalətlərinə hücum edən terrorçularla döyüşə girdiyini açıqlayıb. Gərginliyin azaldılması ilə bağlı razılaşmanı pozaraq, "Heyət Təhrir əş-Şam" terror təşkilatına (əvvəllər Rusiya Federasiyasında qadağan edilmiş "Cəbhət ən-Nusra" terror təşkilatı kimi tanınır) mənsub qruplaşmalar ölkənin əyalətlərində kəndlərə və əhalinin məskunlaşdığı ərazilərə hücum ediblər. Suriya Müdafiə Nazirliyinin məlumatına görə, ordu hücuma cavab verib və nəticədə terrorçular canlı qüvvə və texnika itkisinə məruz qalıb.