BAKI, 2 dekabr — Sputnik. Avropa ABŞ ilə potensial ticarət müharibəsindən zərər görməmək üçün "öncəlik Avropa" strategiyasına keçməlidir.
Bu barədə "Financial Times" qəzeti Avropa Komissiyasının vitse-prezidenti Stefan Sejurneyə istinadən məlumat yayıb.
"Bütün dünya bazarları bağlanarsa, açıq qalan yeganə bazar Avropa bazarı ola bilməz. ABŞ Latın Amerikası, Hindistan, Çin üçün qapılarını bağlansa da, Avropa bazarı məhsul bolluğu üçün təyinat nöqtəsi ola bilməz. Bu halda qısamüddətli iqtisadi böhran vəziyyəti ilə üzləşə bilərik" - Sejurne bildirib.
Avropa komissarı əlavə edib ki, Avropa həmçinin məhsulların dünya bazarlarına çıxarılması üçün öz səylərinə diqqət yetirməlidir.
Bununla yanaşı məlum olub ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsini həll edərkən Avropa və Böyük Britaniya ilə danışıqlara getməsi mümkündür, çünki Böyük Britaniya Vaşinqtona "maraqlı nəsə" təklif edə bilər.