BAKI, 2 dekabr — Sputnik. ABŞ-ın keçmiş kəşfiyyatçısı Skott Ritter yeni seçilmiş Prezident Donald Trampı BRİKS-ə daxil olan dövlətlərə etdiyi təhdidlərindən sonra üçüncü ölkələrə qarşı bütün sanksiyaları ləğv etməyə çağırıb.
Bu barədə keçmiş amerikalı hərbçi "X" sosial şəbəkəsində yazıb.
Ritter yeni seçilmiş prezidenti dolları dünya üçün cəlbedici etməyə çağırıb, bunun üçün isə ikinci dərəcəli sanksiyaları ləğv etmək lazımdır. Keçmiş kəşfiyyatçı hesab edir ki, Vaşinqton bütün müsadirə edilmiş vəsaitləri ölkələrə qaytarmalı və SWIFT ödəniş sisteminə girişi bərpa etməlidir.
"Dolları hər kəs üçün əlçatan edin. Əks təqdirdə, heç kim ondan istifadə etmək istəməyəcək. Sizin heç bir duruşunuz onların fikrini dəyişməyəcək", Skott Ritter vurğulayıb.
Xatırladaq ki, bu yaxınlarda Donald Tramp "Truth Social" sosial şəbəkəsində BRİKS ölkələrini dollara alternativ valyuta yaratmaq planlarından imtina etmədikləri təqdirdə, onları 100% rüsumlarla hədələyib. Ağ Ev rəhbəri onu da qeyd edib ki, bu ölkələr Amerika dollarından hesablaşma valyutası kimi imtina etməyə davam etsələr, ABŞ-la ticarət əlaqələri məhdudlaşdırılacaq.