İQTİSADİYYAT

Aİİ ölkələri qaz, neft və neft məhsulları bazarlarının yaradılmasını müzakirə ediblər

AİK-nin iclasında 2024-cü ildə Aİİ-nin daxili bazarındakı maneələrin aradan qaldırılması və məhdudiyyətlərin azaldılması ilə bağlı hesabat dinlənilib.
Sputnik
BAKI, 2 dekabr — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin qaz, neft və neft məhsulları üçün ümumi bazarların formalaşdırılması məsələsi Avrasiya İqtisadi Komissiyasının (AİK) Şurasının iclasında müzakirə edilib.
Bu barədə Qazaxıstan Nazirlər Kabinetindən məlumat verilib.
Qazaxıstan mətbuatının məlumatına görə, iclasda həmçinin 2024-cü ildə Aİİ-nin daxili bazarındakı maneələrin aradan qaldırılması və məhdudiyyətlərin azaldılması ilə bağlı hesabat da dinlənilib.
Eyni zamanda, maliyyə əməliyyatlarının tənzimlənməsinə vahid yanaşmanın yaradılmasına yönəlmiş maliyyə bazarı sahəsində Aİİ ölkələrinin qanunvericiliyinin uyğunlaşdırılması istiqamətində irəliləyişlə bağlı müzakirə aparılıb.
Gömrük İttifaqının "Liftlərin təhlükəsizliyi" texniki reqlamentinə də dəyişikliklər edilib. Sənədə əsasən, reqlament qüvvəyə minənədək istismara verilmiş və artıq müəyyən edilmiş müddəti başa çatmış liftlərin istismar müddəti 5 il uzadılır.
Eyni zamanda, liftlərin təhlükəsizliyinin təmin edilməsi tədbirləri texniki tələblərə uyğunlaşdırılana qədər Aİİ ölkələrinin qanunvericiliyi ilə tənzimlənəcək.