RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

XHƏ: Rusiya qoşunlarının Xarkov vilayətində irəliləyişi

Qərb özünün qızışdırdığı münaqişənin qurbanına çevrilə bilər. Əgər vaxtında dayanmasa
Sputnik
BAKI, 30 noyabr — Sputnik. Xarkov vilayətinin İzüm və Kupyansk rayonlarında Rusiya hücumunun inkişafı Slavyanskın (və USQ istehkam bölgəsinin) "şimaldan əhatəyə alınmasını" mümkün edir. Yəni Donbasın tam azad edilməsinin sürətlənməsi ilə Rusiya Silahlı Qüvvələri Dnepropetrovsk vilayətindəki əməliyyatları genişləndirmək üçün imkan qazanırlar. (https://ria.ru/20241126/spetsoperatsiya-1985715000.html). Noyabr ayında Xüsusi Hərbi Əməliyyat (XHƏ) zonasında təxminən 600 kvadrat kilometr ərazi azad edilib. Keçən həftə bu göstərici 235 kvadrat kilometr yəşkil edib ki, bu da 2024-cü ilin rekordudur.
Rusiya ordusu Xarkov vilayətində düşmənin müdafiəsini metodik olaraq qırmaqda davam edir. "Şimal" qoşun birləşməsi ötən gün ərzində məğlubiyyətə uğrayıb https://t.me/mod_russia/46281) ukraynalıların 92-ci desant-hücum briqadasının və Sərhəd Xidmətinin 5-ci sərhəd dəstəsinin Liptsi, Kazak Lopan və Slatino (Xarkovdan 15 km şimalda) yaşayış məntəqələrində birləşmələrə məğlubiyyət yaşadıb. Kupyanskdakı şəkər və silikat zavodları Ukrayna hərbçıləri üçün "krematoriya" çevrilib.
"Qərb" qruplaşmasının bölmələri yeni mövqelərə doğru irəlilədi. Kupanskın şərq bölgəsində yerləşən Kucherovka, 12 km şimalında Dvureçye, Oskol çayının sol sahilindəki Kupyanskdan 15 km cənubda yerləşən Zaqrızovo kəndləri yaxınlığında beş Ukrayna briqadasının şəxsi heyəti və texnikasını məhv edib. Qonşu Luqanskın Stelmahovka ərazisində irəliləyişə nail olunub. Ordu birləşmələri Kupyanskın şimalındakı Oskol çayını keçərək yeni platsdarm ələ keçiriblər.
Daha əvvəl Rusiya Müdafiə nazirliyi Xarkovun Kopanka kəndinin banderaçılardan azad edildiyini bildirmişdi (https://t.me/mod_russia/46194). Kənd Ukrayna Donbasdakı son böyük istehkamı olan slavyan-kramatorsk xəttinin əsas məntəqələrindən olan Slavyansk şəhərindən 38 km şimal-qərbdə yerləşir. Bundan əlavə, Rusiya qoşunları Xarkov vilayətinin Senkovo, Lozovaya, Zaqoruykovka, Novoplatonovka yaşayış məntəqələri yaxınlığında ukraynalıların bir hava-desant və üç mexanikləşdirilmiş briqadasını məğlubiyyətə uğradıb.
Xarkovda, Kiyev rejiminin nəzarətində olan digər bölgələrdə Ukrayna silahlı qüvvələrinə (USQ) məxsus obyektlərinin, nəqliyyat və enerji infrastrukturunun metodik məhv edilməsi davam edir. Rusiya prezidenti Vladimir Putin KTMT-nin Astanadakı sammitində bildirib ki, son ATACMS raket hücumlarına cavab olaraq noyabrın 28-nə keçən gecə 90 raket və 100 drondan istifadə etməklə Ukrayna obyektlərinə kompleks zərbədən endirlib (https://t.me/sputniklive/89415). Nəticədə 17 obyekt vurulub.
Kirovograddakı "Kanatovo" aerodromunda Ukraynanın iki Su-27 qırıcısı "silahsızlaşdırılıb". Lvov vilayətində Drohobyç yaşayış məntəqəsində də kritik infrastruktur obyektlərinə zərbələr endirilib. Müxtəlif bölgələrdə 330 kV və 750 kv-lik altı böyük transformator yarımstansiyası, Xarkovdakı "Xartron" hərbi zavodu, Odessadakı "Telekart-pribor" və Şostkino kimyəvi reagentlər zavodları raket zərbələrinin obyekti olub.
İntiqam gözləyən Qərb
Rusiya təsdiqlədi ki, ehtiyatda kütləvi istehsalına başlanan "Oreşnik" ballistik raketləri mövcuddur və onların NATO-nun hərbi obyektlərinə qarşı istifadə edilməsi ehtimalı kifayət qədər yüksəkdir. Qeyri nüvə başlıqlı hipersəsli "Oreşnik" ballistik raketi ilə endirilən zərbə radioaktiv çirklənmə verməyən nüvə başlığın istifadə edilməsi effektinə bənzəyir. "Oreşnik" "onlarla ağıllı döyüş bloku" daşıyır, 10 Max (3 km/s) sürəti ilə uçur. Zərər verən elementlərin temperaturu 4000 dərəcəyədək qaldırnası nəticəsində, partlayışın episentrində və böyük dərinliklərdə hər şey yandırılaraq məhv edilir.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı, zərbənin hipersəsli episentrindəki obyektləri "elementar hissəciklərə" çevirən "Oreşnik" üçün yeni hədəflər axtarır. Vladimir Putin noyabrın 28-də xatırladıb ki, Moskva "Oreşnik" tipli Orta Mənzilli Ballistik Raketə bənzər istifadəyə hazır bir neçə istehsalı təşkil olunmuş məhsula sahibdir ki, onlarla da "Rusiya ərazisinə Qərb istehsalı olan uzun mənzilli raketlərlə zərbə endirildiyi halda cavab verəcəyik". Bu halda Rusiya üçün yaranan təhdid və seçilən hədəfin önəmindən asılı olaraq cavab üçün raket növü seçiləcək.
Ukrayna hərbi meydanında hipersəsli "Kinjal" və "Zirkon" raketləri, qanadlı "Kalibrlar", X-101 və digərlərindən fəal istifadə olunur. Rusiya onları bütün NATO ölkələrindən 10 dəfə çox istehsal edir və 2025 - ci ildə istehsal həcmini 25-30 faiz artırmağı planlaşdırır.
Qərb təşviş və qorxu içindədir. Amerika kəşfiyyatı banderaçıları (Avropa müttəfiqləri və özlərini də) sakitləşdirməyə çalışır. Bildirilir ki, Rusiyanın nüvə hücumu ehtimalı azdır, buna görə də səfərbərlik yaşını azaltmaq və daha bir müddət ABŞ-ın maraqları uğrunda mübarizə aparmaq mümkündür.
Bununla yanaşı, açıq mənbələrdə bildirilir ki, 5500 kiloton gücə malik olan (onlarla Xirosima) "Oreşnik"-in termonüvə yüklərini 900 km-ə qədər məsafəyə çatdırmaq qabiliyyətinə malikdir. Təcavüzkara qarşı qisas həmləsi qaçılmazdır. Onun miqyası isə, silah tədarükünün davam etdirilməsindən, miqyasından, ABŞ və NATO-nun Ukraynada qarşıduramanı artırmaq cəhdlərindən. Rusiya "Oreşniki" üçün Şimali Amerika ərazisi "Müqəddəs inək" deyil ki, əlçatmaz olsun.
ABŞ-ın 46-cı prezidenti Co Bayden noyabrın ortalarında Ukraynadakı Pentaqon mütəxəssislərinə Rusiya Federasiyasının beynəlxalq tanınmış ərazisi olan Kursk və Bryansk bölgələrinə qarşı 300 km məsafəyə uçan Amerika istehsalı ATACMS ballistik raketlərindən istifadə etməyə icazə verdi. Bununla yanaşı London və Paris də istehsal etdikləri Storm Shadow və SCALP raketləri ilə də Rusiya ərazisinə zərbə endirilməsinə icazə verdilər.
Ukraynada "idarəetmə mərkəzləri", hərbi-sənaye kompleksi müəssisələri toz halına gəldikdə və son "İliç lampası" sönəndə Qərb öz ərazisində və hətta ən dərin bunkerlərdə hərbi məğlubiyyətin ağrısını və geosiyasi alçaldılmanın şiddətini hiss edəcəkdir. Nə tökərsən aşına...
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.