BAKI, 1 dekabr — Sputnik. Xarici qoşunların kontingentinin Ukrayna ərazisində yerləşdirilməsi Qərbin Rusiya ilə birbaşa qarşıdurmaya cəlb olunması demək olacaq.
Bu barədə "RİA Novosti" Rusiya Xarici İşlər Nazirliyinı istinadən xəbər verib.
Noyabrın 29-da Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) mətbuat bürosu bildirib ki, Qərb ölkələri Ukraynanın döyüş qabiliyyətini bərpa etmək üçün ölkəyə sülhməramlı kontingent yerləşdirmək niyyətindədirlər. Onun sayı 100 minə yaxın hərbçi olacaq. Hadisələrin belə inkişafı Ukraynanın işğalı deməkdir.
XKX-nin məlumatına görə, Qərb Ukrayna ərazilərini ayrı-ayrı Avropa ölkələri arasında bölüşdürməyi planlaşdırır. Belə ki, Qara dənizin Ukrayna sahillərinin Rumıniyaya, ölkənin qərbinin Polşaya, Ukraynanın mərkəzinin və şərqinin Almaniyaya, Kiyev bölgəsi ilə şimal hissənin isə Böyük Britaniyaya veriləcəyi gözlənilir.
Kremlin mətbuat katibi Dmitri Peskov XKX-nin bəyanatını şərh edərkən bildirib ki, Ukraynada sülhməramlıların yerləşdirilməsi yalnız münaqişə tərəflərinin razılığı ilə mümkündür.
B yaxınlarda Avropa Ukraynada qoşun yerləşdirmək ideyasını yüksək qiymətləndiririb.