ABŞ prezidentliyinə hazırlaşan Donald Tramp bu yaxınlarda qeyri-qanuni miqrasiya ilə mübarizə üçün fövqəladə vəziyyət elan etmək niyyətini təsdiqləyib. Bu qərar dünyanı yenidən həyəcanlandırıb. Amerikanın özündə demokratlar gələcək dövlət başçısının bu cür təşəbbüslərinin qarşısını almaq üçün təcili həm federal, həm də regional səviyyədə plan hazırlayırlar. Üstəlik, hüquq müdafiəçiləri xəbərdarlıq edirlər ki, Trampın yeni prezidentlik müddəti miqrantlar üçün "ilk dörd ildən daha pis", onun hazırladığı tədbirlər isə "daha sərt olacaq".
Paradoks isə ondan ibarətdir ki, səkkiz il əvvəl Trampın miqrasiyanın məhdudlaşdırılması istiqamətində daha təvazökar addımlarını qəzəblə tənqid edən Avropa bu dəfə sakit reaksiya verir. "The Times"ın xarici siyasət üzrə köşə yazarı Rocer Boyes bunu belə ifadə edir: "Trampizm Avropa üçün sadələşib... Trampla Avropa arasındakı fərqlərdəm asılı olmayaraq, bu tendesiyanın davamımda immiqrasiya məsələlərində müəyyən bağlılıq yarana biəlr. Trampın çıxışlarındakı özünü şişirtmələrindən və miqrantlara qarşı hörmətsizliyindən yaranan qəzəb yerini ən azı ümumi problemlərin mövcudluğunu təsdiqləyən hiss ilə əvəz oluna və yerini sivil fikir mübadiləsinə verə bilər".
Elə təsəvvür yaranır ki, ötən prezidentlik dövründəki miqrasiya siyasəti Avropa İttifaqı tərəfindən kəskin tənqid olunan Tramp həmin vaxt ilk domino daşını itələdi ki, bir müddət sonra onların (daşların) yıxılması artıq Avropanın özünə də çatdı. Seçilən prezidentin pərəstişkarı olan Boris Johnson, İngiltərənin Baş naziri olanda, miqrantları uzaq Ruandaya qovmaq üçün bir plan yaratmışdı. Bu ağlasığmaz plana Britaniya büdcəsindən 900 milyon funt sterlinq xərcləndi. Ruandada miqrantları qəbul etmək üçün düşərgələr salındı. Üstəlik, onlarda hətta qismən məskunlaşanlar da oldu. Amma boş qalan otaqları tyutanlar, qanunsuz mühacirlər əvəzinə, burdakı şəraiti bəyənən yerli sakinlər oldu.
Çoxsaylı məhkəmələr "Ruanda"nın xəyal planını blokladı və bu il İngiltərənin yeni baş naziri Kir Starmer hökumət başçısı kimi ilk çıxışında ondan təntənəli şəkildə imtina etdi. Amma o vaxta kimi qeyri-qanuni mühacirlərin xaricə çıxarılması üçün oxşar, lakin daha real layihə İtaliyanın Baş naziri George Meloni tərəfindən hazırlandı. O bu barədə Albaniya hökuməti ilə razılığa gəldi. Xüsusilə qeyd etmək lazımdır ki, bu dəfə Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Avropa liderlərini birbaşa Roma ilə Tirana arasındakı Razılaşmadan "nümunə modeli" kimi istifadə etməyə çağıran fikri ürəkdən dəstəklədi. Və heç kim onu faşist adlandırmadı!
Buna baxmayaraq, Melaninin planı da bu mərhələdə uğursuzluğa uğradı. Bu yaxınlarda Albaniyaya göndərilən 24 qeyri-leqal miqrantın hamısı İtaliya məhkəmələrinin qərarı ilə geri qaytarılıb. Onlar yeni tikilmiş xüsusi mərkəzlərdə 48 saatdan çox olmayaraq saxlanıldı. Amma bu təcrübənin kopyalanması prosesi artıq deyəsən dönməz xarakter alıb. Hollandiya hökuməti qanunsuz mühacirlərin Uqandaya göndərilməsi haqqında razılaşma əldə edib, Danimarka isə ölkədən çıxarılan yüzlərlə miqrant üçün Kosovoda düşərgə qurub.
Buna görə də, hətta Tramp və onun miqrasiya siyasətini daim tənqid edən Politico nəşri Macarıstanın ağır çəkili baş naziri Viktor Orbandan tutmuş Danimarkanın sosialist baş naziri Mette Frederiksenə qədər əksər Avropa liderlərinin miqrasiyanı məhdudlaşdırmaq istəyi kimi bir ortaq mövqeyi olduğunu etiraf etmək məcburiyyətindədir.
Hazırda Donald Tramp-ın ilk prezidentlik dövründə ağlasığmaz görünən bir fenomen müşahidə olunur: liberal Avropa onun miqrasiya siyasətini səssiz dəstəkləyir! İnsan haqları, ümumi liberal dəyərlər, azadlıqlar haqqında pafoslu söhbətlərin hamısı kənara atılıb. Hazırda miqrantları "çiçəklənən bağdan" uzaqlaşdırmaq üçün toplama düşərgələri inşa edən Avropa Trumpı qınamaq uzaqdır. Əksinə, onun qanunsuz miqrasiyaya qarşı mübarizəsinin necə bitəcəyini təvazökarlıqla gözləyən avropalılar, uğurlu nəticə əldə olunduğu halda bu təcrübəni mənimsəməyə hazırdırlar.