CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 30 noyabr – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 30 noyabr — Sputnik. Noyabrın 30-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Noyabrın 30-da kimlər anadan olub?
Əli Əsədov (1956) - Azərbaycanın siyasi və dövlət xadimidir. O, 2019-cu il oktyabrın 8-dən Azərbaycanın Baş naziri vəzifəsindədir.
Əli Əsədov
Oliver Vinçester (1810-1880) - ABŞ sənayeçisi və atıcı silah istehsalçısıdır.
Oliver Vinçester
Mark Tven (1835-1910) - ABŞ yazıçısı, jurnalisti və ictimai xadimdir. O, "Kalaverasda tullanan qurbağa" kitabını nəşr etdirdikdən sonra məşhurlaşıb. Yazıçısı satira, yumor, publisistika, fəlsəfi fantastika janrlarda çalışıb.
Mark Tven
Uinston Çörçill (1934-2009) - Böyük Britaniyanın dövlət və siyasi xadimidir. O, 1940-1945 və 1951-1955-ci illərdə Böyük Britaniyanın Baş naziri, ədəbiyyat üzrə Nobel mükafatı laureatıdır.
Uinston Çörçill (solda)
Ridli Skott (1937) - Böyük Britaniya kinorejissoru və prodüseridir. O, ən yaxşı debüt üzrə Kann Film Festivalı mükafatının qalibi, beş dəfə BAFTA, dörd dəfə "Oskar" və "Qızıl Qlobus" mükafatlarına namizəd olub.
Ridli Skott
Vyaçeslav Nevinnı (1934-2009) - Rusiya teatr və kino aktyorudur. O, "Sınaq müddəti", "Avtomobildən ehtiyatlı ol", "Qaraj", "Ola bilməz!" və s. filmlərdəki rolları ilə tanınıb.
Vyaçeslav Nevinnı . Arxiv şəkli
Maqnus Karlsen (1990) - Norveç şahmatçısı və şahmat üzrə 16-cı dünya çempionudur (2013).
Maqnus Karlsen
30 noyabr tarixində dünyada baş verən tarixi hadisələr
1876-cı ildə rusiyalı ixtiraçı və sahibkar Pavel Yabloçkovun icad etdiyi dəyişən cərəyan transformatoru patentləşdirilib.
1900-cü ildə alman mühəndisləri Karl, Frants və Henrix Qreyf ön təkərli avtomobili patentləşdiriblər.
1931-ci ildə Luqanskda "Feliks Dzerjinski" seriyasından ilk ağır yük parovozu istehsal edilib.
1955-ci ildə SSRİ Elmlər Akademiyasının ilk kompleks Antarktika ekspedisiyası başlayıb.
1956-cı ildə "CBS" televiziya şirkəti dünyada ilk dəfə yayım üçün video kasetlərdən istifadə etməyə başlayıb.
1988-ci ildən etibarən bütün dünyada Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü qeyd olunur.