RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya XKX NATO-nun Qərb hərbi-sənaye kompleksinə olan tələblərini açıqlayıb

NATO Ukraynaya sərmayə qoymaq üçün Qərb hərbi-sənaye kompleksi ilə fəal işləyir.
Sputnik
BAKI, 30 noyabr — Sputnik. NATO fəal şəkildə Qərb hərbi-sənaye kompleksindən Ukraynaya sərmayə qoymağı, mütəxəssis və texnika göndərməyi tələb edir. Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) mətbuat bürosundan bildirilib.

"Qərbin hərbi-sənaye şirkətləri, o cümlədən Almaniyanın "Rheinmetall" şirkəti ilə fəal iş aparılır. Onlardan təkcə investisiya yatırmaq deyil, həm də Ukraynaya aparıcı mütəxəssislər və yüksək məhsuldarlığı ilə seçilən avadanlıqlar göndərmək tələb olunur", - məlumatda deyilir.

Rusiya Xarici Kəşfiyyat Xidməti vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrini (USQ) silah və sursatla kifayət qədər təmin etmədən "ukraynalıların uzun müddət yüksək intensivlikli döyüş əməliyyatları aparmaq qabiliyyətinə etibar etmək real deyil".
Bundan əvvəl Avropa Parlamentinin deputatı Mik Uolles söyləyib ki, Qərb ukraynalıların həyatı bahasına öz hərbi sənaye kompleksini inkişaf etdirir. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Ukraynanın bu "ABŞ və NATO arasında gedən axmaq proksi-münaqişəsində" itirdiyi yüz minlərlə ukraynalıdan qətiyyən narahat deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.