İQTİSADİYYAT

Aİİ və Tunis azad ticarət sazişi imzalamaq niyyətindədir

Avrasiya İqtisadi İttifaqında Afrika ilə qarşılıqlı faydalı münasibətlərin inkişafına böyük diqqət yetirilir və güzəştli ticarət rejiminin qurulduğu ölkələrin sayını genişləndirməyə çalışırlar.
Sputnik
BAKI, 29 noyabr — Sputnik. Avrasiya İqtisadi Komissiyası (AİK) və Tunis iki tərəf arasında sərbəst ticarət sazişinin bağlanmasının məqsədəuyğunluğunu öyrənmək üçün ortaq işçi qrupun yaradılması barədə razılığa gəliblər.
Bu barədə AİK-in mətbuat xidməti agentliyin ticarət naziri Andrey Slepnevin Tunis Respublikasının Ticarət və ixracın inkişafı naziri Samir Abid ilə görüşündən sonra məlumat verib.
Görüşün Avrasiya İqtisadi Komissiyasının qərargahında keçirildiyi bildirilir.

"Görüşün sonunda tərəflər AİB və Tunis arasında sərbəst ticarət sazişinin bağlanmasının məqsədəuyğunluğunu öyrənmək üçün birgə tədqiqat qrupunun yaradılması prosesinə başlamağa razılaşdılar", - AİK-in mətbuat xidməti bildirir.

Məlumatda qeyd olunur ki, Avrasiya İqtisadi ittifaqı Afrika ilə qarşılıqlı faydalı münasibətlərin inkişafına böyük diqqət yetirir və güzəştli ticarət rejiminin qurulduğu region ölkələrinin sayının genişlənməsində perspektivlər görür.
"Biz Tunis Respublikasını prioritet tərəfdaşlardan biri hesab edirik və dövlətlərimiz arasında ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət veririk", - məlumatda Slepnyevun fikirləri qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.