DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ-nin ikili standartları Çini də əsəbləşdirib

ÇXR Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, Çin öz şirkətlərinin qanuni maraqlarını qorumaq üçün lazımi tədbirlər görəcək.
Sputnik
BAKI, 30 noyabr — Sputnik. Rusiya Federasiyası ilə ticarət ABŞ və Aİ də daxil olmaqla bir çox ölkə tərəfindən aparılır. Aİ-ni ikili standartlara riayət etməməyə çağırırıq.
Bu bəyanatla çərşənbə axşamı keçirilən brifinqdə ÇXR Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin, Aİ-nin Rusiyaya hərbi yardım göstərdiyinə görə Çin şirkətlərinə qarşı sanksiyalarını şərh edib.
Daha əvvəl "Bloomberg" agentliyi sənədlərə istinad edərək bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı 15-ci sanksiyalar paketi çərçivəsində 45-dən çox Rusiya neft tankerinə məhdudiyyətlər tətbiq etməyi planlaşdırır. Həmçinin 30-a yaxın təşkilat və 50-yə yazın fiziki şəxs də sanksiyalar altına düşə bilərlər. Qeyd olunub ki, növbəti sanksiyalar paketi çərçivəsində əsasən Rusiya hərbi istehsalçılarına, eləcə də onları pilotsuz təyyarələrin istehsalı üçün bəzi hissələrlə təchiz etdiyi iddia edilən bir sıra Çin firmalarına qarşı məhdudiyyətlərin tətbiqi planlaşdırılır.
"Bu gün bir çox ölkələr, o cümlədən ABŞ və Aİ Rusiya ilə ticarət edir. Biz Avropa İttifaqını ikili standartlara əməl etməməyə, Çin şirkətlərini faktiki əsas olmadan siyahıya salmağı dayandırmağa, Çini ləkələməməyə və məsuliyyəti onun üzərinə atmamağa çağırırıq" - Mao Nin bildirib.
O, həmçinin qeyd edib ki, Çin öz şirkətlərinin qanuni maraqlarını qorumaq üçün lazımi tədbirlər görəcək.
Moskva daha əvvəl qeyd edib ki, Rusiyaya "bəzi silahların tədarükü ilə bağlı" müzakirələrin heç bir əsası yoxdur.