BAKI, 29 noyabr — Sputnik. Noyabrın 29-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Noyabrın 29-da kimlər anadan olub?
Tahir Salahov (1928-2021) - Azərbaycan və Rusiya rəssamı və Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidentidir (1997-2021). Onun əsərləri müxtəlif ölkələrin böyük muzeylərinin kolleksiyalarındadır.
I Karl (1600-1649) - İngiltərə, Şotlandiya və İrlandiya kralıdır. Onun mütləqiyyətçi siyasəti və kilsə islahatları Şotlandiya və İrlandiyada üsyanlara və İngilis İnqilabına səbəb olub. Vətəndaş müharibələri zamanı I Karl məğlub olub, İngiltərə parlamentinə təhvil verilib və 30 yanvar 1649-cu ildə Londonda edam edilib.
I Karl
© Photo : public domen
Domeniko Donizetti (1797-1848) - italyan bəstəkarı, 68 operanın müəllifidir. Bəstəkarın yaradıcılığının zirvələri "Sevgi içkisi", "Luçiya di Lammermur" və "Don Pasquale" operalarıdır.
Domenico Donizetti
© Photo : public domen
Vilhelm Hauf (1802 -1827) - alman yazıçısıdır. O, məşhur "Balaca Muk", "Cırtdan burun", "Yalançı şahzadə" və digər əsərlərin müəllifidir.
Vilhelm Hauff
© Photo : public domen
Jan-Martin Şarko (1825-1893) - fransız həkim-psixiatr, nevroloji xəstəliklər üzrə mütəxəssis, isteriyanın psixogen təbiəti haqqında yeni təlimin yaradıcısıdır. O, öz hipotezlərinin doğruluğunu sübut etmək üçün psixiatriya sahəsində kliniki tədqiqatlarının çoxunu hipnoz vasitəsilə edib.
Jan-Martin Şarko
© Photo : public domen
Con Fleminq (1849-1945) - İngiltərə fiziki və elektrik mühəndisidir. O, ilk elektrik diodu lampanın ixtiraçısıdır.
Con Fleminq
© Photo : public domen
Jak Şirak (1932-2019) - fransız siyasətçisi və Fransanın 22-ci prezidentidir (1995-2007).
Donald Çidl (1964) - ABŞ aktyoru, kino prodüseri və rejissorudur. O, iki dəfə "Qızıl Qlobus" mükafatı laureatıdır.
29 noyabr tarixində dünyada baş verən tarixi hadisələr
1516-cı ildə İsveçrə Fransa ilə Əbədi Sülh müqaviləsi imzalayıb.
1783-cü ildə rus əlifbasına Yo (Ё) hərfi daxil olub. Bu hərf yalnız XVIII əsrin sonunda şahzadə II Yekaterina Daşkovanın təhriki ilə yaranıb.
1945-ci ildə ABŞ-da helikopterin köməyi ilə dünyada ilk xilasetmə əməliyyatı uğurla həyata keçirilib.
1947-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Fələstində ərəb və yəhudi dövlətlərinin yaradılması haqqında qətnamə qəbul edib. BMT-nin Fələstinin bölünməsi planı 1948-ci il avqustun 1-dək Fələstində Britaniya mandatının ləğv edilməsini nəzərdə tutub və onun ərazisində iki dövlətin yaradılmasını tövsiyə edib. Qüds və Beytləhm, BMT-nin qərarına əsasən, beynəlxalq nəzarət altında olan əraziyə çevrilməli idi. Bu gün bütün dünyada Fələstin xalqı ilə Beynəlxalq Həmrəylik Günü kimi qeyd olunur.