FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

İsrail və Livan sülh əldə ediblər: sakinlər geri qayıdır - fotolent

Razılaşmaya əsasən, Livan ordusu 60 gün ərzində ölkənin cənub ərazilərini nəzarətə götürməlidir, eyni zamanda "Hizbullah"ın qüvvələri və infrastrukturu Litani çayının şimalından çıxarılacaq.
Sputnik
Livan və İsrail atəşkəs razılaşması əldə ediblər. İsrailin hərbi-siyasi kabineti noyabrın 26-da səs çoxluğu ilə razılaşmanı dəstəkləyib. Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu öz müraciətində şimal cəbhəsində atəşkəsin əhəmiyyətini izah edib və bildirib ki, Livanın "Hizbullah" qruplaşmasının atəşkəs rejimini pozacağı təqdirdə İsrailin dərhal hərbi əməliyyatlara başlayacaq.
Razılaşma noyabrın 29-da yerli vaxtla səhər saat 4:00-da (Bakı vaxtı ilə 6:00) qüvvəyə minib. ABŞ-ın təklif etdiyi nizamlanma planına görə, Livan ordusu 60 gün ərzində ölkənin cənub ərazilərini nəzarətə gğtürməlidir, eyni zamanda "Hizbullah" öz qüvvələrini və infrastrukturunu İsrail sərhədindən 20-30 km aralıda keçən Litani çayından şimala çəkməlidir. İsrail öz qoşunlarını Livan ərazisindən çıxarmağı öhdəsinə götürüb.
Bundan əlavə, saziş atəşkəsin şərtlərinə əməl olunmasına nəzarət etmək və pozuntuları aradan qaldırmaq üçün ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq komitənin yaradılmasını nəzərdə tutur. Vaşinqton İsrailə Livan ərazisindən gələn təhdidlərə qarşı hərbi əməliyyatların dəstəklənməsi və Livanın cənubunda "Hizbullah"ın hərbi mövcudluğunun bərpasının qarşısının alınması da daxil olmaqla, bir sıra zəmanatlər verib.
Azərbaycan Xarici İşlər Nazirliyi razılaşmanı alqışlayıb və onun hərbi əməliyyatlara son qoyacağına ümid etdiyini bildirib. Rusiya Xarici İşlər Nazirliyi atəşkəs rejiminə silahlı eskalasiyanın pik nöqtəsinin keçdiyini və genişmiqyaslı münaqişənin qarşısının alına biləcəyini göstərən müsbət siqnal kimi qiymətləndirdiyini bəyan edib.
1 / 8

İsrail əsgərləri və sakinlər Qolan təpələrindəki isti bulaqda çimirlər.

2 / 8

Livanın İsraili atəşə tutmasından sonra yanmış texnika və ferma.

3 / 8

Sakinlər Kiryat Şmona şəhərindəki evlərinə qayıdırlar.

4 / 8

İsrailin şimalındakı şəhərdə əsgər.

5 / 8

Beyrutda dağıdılmış binalar.

6 / 8

İsraillə atəşkəs elan edildikdən sonra mülki əhali geri qayıdır.

7 / 8

Pişiklər İsraillə atəşkəs elan edildikdən sonra kütləvi şəkildə geri qayıdan mülki əhalini qarşılayır.

8 / 8

İsraillə atəşkəs elan edildikdən sonra mülki əhali geri qayıdır.