BAKI, 29 noyabr — Sputnik. Noyabrın 28-nə olan məlumata görə, Qarabağı tərk edən 4400-ə yaxın erməni Ermənistan vətəndaşlığını qəbul edib. Sputnik Ermənistanın məlumatına görə, bunu Ermənistan parlamentində Daxili İşlər Nazirliyinin rəis müavini Armen Kazaryan bildirib.
"Noyabrın 28-nə olan məlumata görə, bizdə vətəndaşlıq almaq üçün 6338 müraciət olub və həmin dövrə görə, Qarabağdan gəlmiş 4394 nəfər artıq vətəndaşlıq alıb" - Kazaryan bildirib.
Onun sözlərinə görə, bu prosesdə azyaşlılar nəzərə alınmır. Valideynləri artıq Ermənistan vətəndaşıdırsa, onlar pasport aldıqdan sonra vətəndaş olurlar.
Ermənistan tərəfi iddia edir ki, Qarabağı 101 848 erməni tərk edib. Onlardan 72 626 nəfər Ermənistanın müxrtəlif rayonlarında, qalanları isə İrəvanda yaşayır.