RUSİYA

KXDR ilə razılaşma yeni müharibə riskini azaltmaq məqsədi daşıyır - Belousov

Rusiyanın müdafiə naziri qeyd edib ki, iki ölkə liderləri arasında konfidensial təmaslar Rusiya-Şimali Koreya münasibətlərinin möhkəmlənməsində əsas rol oynayır.
Sputnik
BAKI, 29 noyabr — Sputnik. Rusiya Federasiyası ilə KXDR arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş Şimal-Şərqi Asiyada yeni müharibə riskini azaltmağa yönəlib.
Bunu Rusiyanın müdafiə naziri Andrey Belousov Pxenyanda Şimali Koreyanın müdafiə naziri No Qvan Çxolla danışıqlar zamanı deyib.
Eyni zamanda Rusiyanın müdafiə naziri qeyd edib ki, iki ölkə liderləri arasında konfidensial təmaslar Rusiya-Şimali Koreya münasibətlərinin möhkəmlənməsində əsas rol oynayır.
Onun sözlərinə görə, ölkə liderləri Vladimir Putin və Kim Çen In arasında iyunda Pxenyanda keçirilən görüşün nəticələri çətin beynəlxalq vəziyyətdə ən yüksək səviyyəli qarşılıqlı etimadı, eləcə də qarşılıqlı faydalı əməkdaşlığı daha da genişləndirmək istəyini nümayiş etdirib.
"Görüşün ən mühüm nəticəsi yeni fundamental dövlətlərarası sənədin - hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin imzalanması olub", - nazir qeyd edib.