RUSİYA

Kreml: Hələbdəki vəziyyət Suriyanın suverenliyinə qəsddir

Rusiya "Suriya hakimiyyətinin regionda asayişi tez bir zamanda bərpa etməsinin" tərəfdarıdır.
Sputnik
BAKI, 29 noyabr — Sputnik. Suriyanın Hələb vilayətində silahlı terror qruplaşmalarının hücumu ilə bağlı vəziyyət Suriyanın suverenliyinə qəsddir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Əlbəttə, bu, Suriyanın bu regiondakı suverenliyinə qəsddir", Kremlin rəsmi nümayəndəsi bildirib.
Peskovun sözlərinə görə, Rusiya "Suriya hakimiyyətinin regionda asayişi tez bir zamanda bərpa etməsinin" tərəfdarıdır.
Xatırladaq ki, noyabrın 27-də Suriya müxalifətinin silahlı birləşmələri Hələb bölgəsində hökumət qüvvələrinin mövqelərinə hücum ediblər.
Daha sonra Suriya hərbi hava qüvvələri vilayətin qərb hissəsində yaraqlılara hücum edib.