BAKI, 29 noyabr — Sputnik. Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Suren Papikyan Rusiya Federasiyasının bu ölkədəki səfiri Sergey Kopırkinlə görüşüb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər regiondakı vəziyyəti müzakirə ediblər.
Səfiri Ermənistan müdafiə nazirinə Rusiyanın Ermənistandakı səfirliyinin müdafiə məsələləri üzrə yeni attaşesi polkovnik Aleksandr Qoryanovu təqdim edib.
Suren Papikyan attaşeni bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona səmərəli fəaliyyət arzulayıb.
Görüş zamanı tərəflər ikitərəfli gündəliyin və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.