CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 28 noyabr – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 28 noyabr — Sputnik. Noyabrın 28-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Noyabrın 28-də kimlər anadan olub?
Jan-Batist Lülli (1632 - 1687) - Fransa bəstəkarı, skripkaçı və dirijordur. O, musiqi tarixinə Fransa milli operasının yaradıcısı kimi düşüb.
Jan-Batist Lülli
Fridrix Engels (1820 - 1895) - alman filosofu və marksizmin yaradıcılarından biridir. O, Karl Marksın yaxın dostu, köməkçisi və bir çox əsərlərinin həmmüəllifidir.
Anton Rubinşteyn (1829 - 1894) - Rusiya bəstəkarı, pianoçu, dirijor və musiqi müəllimidir. O, Rusiyada peşəkar musiqi təhsilinin banisi və Sankt-Peterburq konservatoriyasının qurucusudur (1862-ci ildə).
Anton Rubinşteyn
Aleksandr Blok (1880 -1921) - rusiyalı şair, XX əsr rus ədəbiyyatının klassiki və Rusiyanın ən böyük şairlərindən biridir.
Aleksandr Blok
Anna Nikol Smit (1967 – 2007) - amerikalı supermodel, aktrisa, teleaparıcı, prodüser, rejissor və ssenaristdir.
Anna Nikol Smit
Zivert (1990) - Rusiya pop müğənnisidir. Onun əsl adı Yuliya Sıtnikdir.
Zivert
28 noyabr tarixində dünyada baş verən tarixi hadisələr
1893-cü ildə Yeni Zelandiyada qadınlar ilk dəfə olaraq seçkilərdə iştirak ediblər. Qadınlara səsvermə hüququ verən ilk Avropa ölkələri Norveç, Finlandiya və İslandiya olub.
1908-ci ildə Amur çayı donanması yaradılıb.
1938-ci ildə Mustafa Kamal Atatürkün tarixi vəsiyyətnaməsi açıqlanıb. Vəsiyyətnaməyə əsasən, Atatürk pulunu və Çankayadakı mülkünü Cümhuriyyət Xalq Partiyasına bağışlayıb. O, pulunun faizindən yaxınlarına, mənəvi övladlarına aylıq məbləğin, İsmət İnönünün övladlarına isə ali təhsil haqqı ödənişi kimi müəyyən vəsaitin verilməsi şərtini qoyub. Atatürk faizdən gələcək vəsaitin qalan hissəsinin isə hər il Türk Dil və Tarix idarələri arasında bölünməsini vəsiyyət edib.
1943-cü ildə İkinci Dünya Müharibəsi illərində diplomatik mübarizədə xüsusi yer tutan Tehran konfransı baş tutub. Bu konfrans antihitler koalisiyası liderlərinin - İosif Stalin (SSRİ), Franklin Ruzvelt (ABŞ) və Uinston Çörçilin (Böyük Britaniya) iştirakı ilə keçirilib. Konfransda dövlət başçıları ikinci cəbhənin açılması və müharibənin aparılması məsələlərini müzakirə ediblər.
2012-ci ildən Ümumdünya Mərhəmət Günü qeyd edilir. Bu humanist bayramın yaradılmasının təşəbbüskarı hind şairi, jurnalisti və ictimai xadimi Pritiş Nandi olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.