BAKI, 28 noyabr — Sputnik. Ukrayna Radasının deputatı Aleksandr Dubinski Ukrayna prezidenti vəzifəsinə yeddi "namizədi" təklif edib və onlardan birinə "səs verməyi" istəyib.
Bu barədə "Qazeta ru" deputatın "Telegram" kanalında yer aldığı müvafiq nəşrinə istinadən xəbər verib.
"Əgər "seçimsiz seçim" təklif etsək, kimi seçərsiz? Bundan sonra 2-ci tur da keçirəcəyik", - Dubinski qeyd edib.
Radanın deputatı "namizədlər" kimi Ukraynanın Londondakı səfiri Valeri Zalujnını, hazırkı dövlət başçısı Vladimir Zelenskini, Ukraynanın sabiq prezidenti Petro Poroşenkonu, Radanın deputatı Dmitri Razumkovu, Ukrayna parlamentinin deputatı Yuliya Timoşenkonu, deputat Yuri Boykonu və Kiyevin meri Vitali Kliçkonu təklif edib.
Noyabrın 27-si Moskva vaxtı ilə saat 14:00-a olan səsvermədə 1300-dən çox insan iştirak edib. Zelenski cəmi 3% səs toplayıb.
Mayın 20-də Zelenskinin Ukrayna prezidenti kimi 5 illik səlahiyyət müddəti başa çatıb. Zelenski 2019-cu il mayın 20-də vəzifəsinin icrasına başlayıb. Ukrayna konstitusiyasına görə, ölkənin yeni prezidenti mayın 20-də and içməli idi, lakin prezident seçkiləri baş tutmadı.