RUSİYA

Peskov: Putin dəfələrlə Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu təsdiqləyib

ABŞ-ın hazırkı administrasiyasının dilindən isə belə sözlər eşidilmir və təxribatçı eskalasiya hərəkətləri davam edir.
Sputnik
BAKI, 28 noyabr — Sputnik. Rusiya lideri Vladimir Putin dəfələrlə Ukrayna üzrə sülh danışıqlarına başlamağa hazır olduğunu bildirib.
Bu barədə bazar ertəsi, noyabrın 25-də Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Peskov məlumat verib.
O, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə gələcək müşaviri Mayk Uoltsun Tramp komandasının Bayden komandası ilə birgə Rusiya ilə sülh sazişi üzərində işləmək niyyətində olması barədə sözlərini belə şərh edib.
Peskov bildirib ki, Kreml Uoltsun bəyanatını görüb. O, həmçinin qeyd edib ki, Donald Trampın tərəfdarları və onun Ağ Evin gələcək administrasiyasında vəzifələrə irəli sürdüyü şəxslər arasında sülh və sülh planı sözləri eşidilir.
"ABŞ-ın hazırkı administrasiyasının dilindən isə belə sözlər eşidilmir və təxribatçı eskalasiya hərəkətləri davam edir. Bu reallıqdır. Prezident dəfələrlə sülh prosesi ilə bağlı danışıqlara hazır olduğunu təsdiqləyib" - Kreml nümayəndəsi vurğulayıb.
Daha əvvəl konqresmen Uolts bildirmişdi ki, Tramp Ukraynada münaqişənin kəskinləşməsindən son dərəcə narahatdır və hərbi əməliyyatların məsuliyyətli şəkildə dayandırılması, eləcə də çəkindirmə və sülhün bərpası üçün səy göstərməyi zəruri hesab edir.
Bundan əlavə, Peskov Aİ-də Ukraynaya qoşun göndərilməsi ilə bağlı davam edən müzakirələrdən danışıb.