BAKI, 28 noyabr — Sputnik. Orduda bütpərəstliyin yayılması təhlükəsi ilə mübarizə komandirlər və hərbi keşişlər üçün mühüm vəzifədir. Bunu Moskva və Bütün Rusiyanın Patriarxı Kirill deyib.
"Qəddarlıq və qəddar güc kultu ilə bütpərəstliyin yayılması təhlükəsi həqiqətən mövcuddur. Orduda bu cür fikirlərlə mübarizə həm hərbi keşşlər, həm də məsul komandirlər üçün vacib vəzifədir", - Rusiyanın Patriarxı deyib.
O, bütpərəstliyin nasizmlə bərabər olduğunu vurğulayıb:"Bütpərəstliklə ünsiyyətdə olmaq təhlükəlidir. Onların nəyə gətirib çıxardığını yaxşı bilirik. Neo-bütpərəstlərin hakimiyyətin razılığı ilə öz hərbi birləşmələrini yaratmaqlarına baxın".
Noyabrın 27-28-də Moskvada Ümumdünya Rus Xalq Şurası keçirilir, bu il qurultayın mövzusu "Rus dünyası: xarici və daxili çağırışlar"dır.