Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev ölkədə 1500 məktəbin bağlanması ilə bağlı yayılan xəbərləri təkzib edib. Nazir sosial şəbəkələrdə verdiyi açıqlamada qeyd edib ki, nə özü, nə də nazirlik bu cür açıqlamalar verməyib, yalnız ortaya çıxan xəbərlər isə bu yaxınlarda səslənən fikirlərin yanlış şərh edilməsi ilə bağlıdır.
Məlum olduğu kimi, məktəblərin kütləvi şəkildə bağlanması ilə bağlı şayiələrin Milli Məclisdə təhsil xərclərinin artmasını nəzərdə tutan növbəti il üçün büdcə parametrlərinin müzakirə olunduğu günlərdə yayılması da vəziyyətin həyəcanını artırıb.
Məktəblərin bağlanması ilə bağlı şayiələrin nədən qaynaqlandığı və 2025-ci ilin büdcəsində təhsil xərclərinin nədən ibarət olacağı barədə Azərbaycanın təhsil sahəsində tanınmış eksperti Kamran Əsədov noyabrın 29-da, saat 12:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçiriləcək mətbuat konfransında məlumat verəcək.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.