BAKI, 28 noyabr — Sputnik. İş və istirahət günlərinin yerləri dəyişdirilib. Sputnik Azərbaycan-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.
Belə ki, 2024-cü il dekabrın 30 və 31, eləcə də 2025-ci il yanvarın 1, 2 və 3-ü qeyri-iş günləri olacaq.