BAKI, 27 noyabr - Sputnik. "Moskva gözləyir ki, ən yeni hipersəs silah sistemi “Oreşnik” sınaqdan keçirildikdən sonra Qərb Rusiyanın potensialına şübhə etməyəcək". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz gözləyirik ki, Rusiya hərbçiləri tərəfindən açıq şəkildə döyüş şəraitində həyata keçirilən ən yeni hipersəs silah sistemi “Oreşnik” sınaqdan çıxarıldıqdan sonra Qərbin ölkəmizin müvafiq potensiala malik olduğuna şübhə etməyəcək”, - Zaxarova brifinqdə bildirib.
Rusiya Federasiyasının strateji qüvvələrinin hazırlığı, arxiv
© Пресс-служба Минобороны РФ
/ Rusiya prezidenti Vladimir Putin daha əvvəl müraciət edərək bildirib ki, Ukrayna noyabrın 19-da Amerikanın uzaqmənzilli ATACMS raketlərindən və Britaniyanın uzaq mənzilli “Storm Shadow” raketlərindən istifadə edərək, Ukraynanın Kursk və Bryansk vilayətlərindəki hədəflərə hücum edib.
ABŞ və Britaniya silahlarının tətbiqinə cavab olaraq noyabrın 21-də Rusiya Ukraynanın hərbi-sənaye kompleksinə birgə zərbə endirdi - Dnepropetrovskda raket və silah istehsal edən böyük sənaye kompleksi vuruldu.
Rusiyanın ən yeni orta mənzilli raket sistemlərindən biri olan Oreşnik döyüş şəraitində, bu halda qeyri-nüvə hipersəs avadanlıqlarında ballistik raketlə sınaqdan keçirildi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.