RUSİYA

Son həftələrdə ABŞ ilə ünsiyyətin zəruri olduğu vəziyyətlər yarandı - Ryabkov

XİN rəsmisi deyib ki, "Oreşnik" raketinin döyüş atışının faktiki sınaq buraxılışından bir müddət əvvəl Rusiya ABŞ-ı xəbərdar edib.
Sputnik
BAKI, 27 noyabr — Sputnik. Rusiya ballistik raketlərin sınaqdan keçirilməsi barədə məlumat verməklə bağlı ABŞ ilə razılaşmalara sadiq qalır və bunun üçün mövcud rabitə kanalları açıqdır. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov RT telekanalına bildirib.

"Bu, bizim məsuliyyətli yanaşmamızın çox gözəl nümunəsidir. Biz əvvəllər götürdüyümüz öhdəliklərdən, o cümlədən ballistik raketlərin sınaqdan keçirilməsinə dair məlumatların verilməsinə dair öhdəliyə sadiqliyimizdən geri çəkilməmişik. "Oreşnik" raketinin döyüş atışının faktiki sınaq buraxılışından bir müddət əvvəl Rusiya ABŞ-ı xəbərdar edib. Əminəm ki, hal-hazırda içində olduğumuz çox təhlükəli mühitdə bu sabitləşdirici amil olub. Biz bu təcrübəyə sadiqik və ümid edirik ki, Birləşmiş Ştatlar da buna sadiq olacaq. Bu cür hərəkətlər səhv hesablamalar və ya təhlükəli səhvlər riskini azaltmağa kömək edəcək", – Ryabkov deyib.

Diplomat bildirib ki, son həftələrdə ABŞ ilə ünsiyyətin zəruri olduğu vəziyyətlər yaranıb.
"Bizim açıq kommunikasiya kanallarımız var. Biz onları kəsmirik, amma həm də hesab edirik ki, söhbət təkcə kommunikasiya kanallarının açıq qalmasında deyil, həm də ABŞ-ın siyasi qərarlarından gedir", - Ryabkov fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.