BAKI, 27 noyabr — Sputnik. Qərbdə Rusiyanın "Oreşnik" orta mənzilli ballistik raketdən istifadə etməsi ilə bağlı məlumatları təhrif etməyə və onu bir növ aqressiv xətt kimi təqdim etməyə çalışıblar.
Bu barədə "RİA Novosti" Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın "Sputnik" radiosunda söylədiklərinə istinadən xəbər verib.
"Oreşnik"in tətbiqi bəzilərini panikaya saldı, bəziləri isə bunun Rusiya tərəfindən edilmədiyini söyləmək üçün məlumatları təhrif etmək istədi. Sonradan isə Rusiya tərəfindən bunun edildiyini söyləmək qərarına gəldilər və bəyan etdilər ki, bizim addımlarımız istənilən nəticə verməyib. Onlara görə, biz guya təhdid edirik, fəal şəkildə aqressiv xətt tutmuşuq", - Rusiya XİN-nin sözçüsü deyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv
© Sputnik / Сергей Бобылев
Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda müraciət edərək bildirib ki, Ukrayna noyabrın 19-da ABŞ-ın uzaqmənzilli ATACMS raketlərindən və Böyük Britaniyanın "Storm Shadow" uzaq mənzilli raketlərindən istifadə edərək Kursk və Bryansk bölgələrindəki hədəflərə hücum edib.
ABŞ və Böyük Britaniya silahlarının tətbiqinə cavab olaraq noyabrın 21-də Rusiya Ukraynanın hərbi-sənaye kompleksinin obyektinə birgə zərbələr endirib, Dnepropetrovskdakı raket texnikasını və silah istehsal edən böyük sənaye kompleksi məhv edilib. Döyüş şəraitində Rusiyanın ən yeni orta mənzilli raket sistemlərindən biri olan "Oreşnik" sınaq keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.