BAKI, 27 noyabr - Sputnik. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev dövlət miqrasiya siyasəti ilə bağlı iclasda 2025-ci ildə Moskvada xarici vətəndaşın rəqəmsal profilinin tətbiqini müzakirə edib. Bu barədə RİA Novosti məlumat yayıb.
“Biz xarici vətəndaşın rəqəmsal profilinin yaradılması üçün hüquqi bazanın hazırlanmasını ayrıca müzakirə edəcəyik. O, gələn ilin ortalarında Moskva nəqliyyat qovşağının bütün keçid məntəqələrində eksperimentin ikinci mərhələsi çərçivəsində tətbiq edilməlidir”, - Medvedev görüş zamanı bildirib
Görüş zamanı Medvedev onu da xatırladıb ki, dekabrın 1-dən Moskva hava limanlarında və Orenburq vilayətindəki avtomobil keçid məntəqəsində xarici vətəndaşların giriş-çıxışı ilə bağlı yeni qaydaların sınaqdan keçirilməsi üçün eksperiment başlayacaq.
Bundan əlavə, Moskvada könüllü genomik qeydiyyat və elektron miqrant kartının verilməsi təşkil edilir.
“Mən burada bu eksperimentin keçirilməsini təmin edən və bu təcrübənin təşəbbüskarı kimi çıxış edən Moskvanın rolunu qeyd etmək istərdim. Onu təşkilati və maliyyə cəhətdən təmin edir. Təcrübənin vaxtı məhduddur, lakin buna görə də problemlər ən qısa müddətdə heç bir gecikmə olmadan həll edilməlidir”, - Medvedev bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.